Nəticədə belə bir qərar qəbul olunub ki, Konstitusiyanın preambulasında yer alan “Bəyannamədə qeyd olunan erməni dövlətçiliyinin əsas prinsipləri və milli məqsədləri” bəndi 1995-ci il Konstitusiyasının bəzi maddələri ilə uyğunsuzluq təşkil edir. [...] Tezislərin birində qeyd olunur ki, Bəyannamə Konstitusiyadan daha üstün sənəddir, Konstitusiyanın mənbəyidir və yaradılmasının əsasıdır.4 Hüquqşünas Aram Orbelyan isə qeyd edib ki, 1990-cı ildə Konstitusiya komissiyası yaradılıb. [...] Aram Manukyan Ermənistan mətbuatına verdiyi açıqlamada qeyd edib ki, Konstitusiya Məhkəməsinin belə qərar qəbul etmək hüququ yoxdur, çünki sərhədin ən azı 1 mm dəyişdirilməsi nəzərdə tutulubsa, o zaman bu dəyişiklik Konstitusiyaya uyğun olaraq, referendum prosedurundan keçməlidir. [...] Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan gələcək sülh müqaviləsində 1991-ci il sərhədlərini dəyişdirən fərqli bir şeylə razılaşa bilərlər. [...] Lakin Konstitusiya Məhkəməsi burada bütün hüquqi prinsipləri pozub və sanki bu iki qərarda ziddiyyət tapmayıb, amma əminəm ki, hər şeyi görən insanlar var.8 Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan isə qeyd edib ki, bu qərar Ermənistanın Qərbə yeni mesajıdır.
Authors
- Pages
- 7
- Published in
- Azerbaijan
Table of Contents
- Mirzə İbrahimov 8 Bakı AZ1005 Azərbaycan 1
- 994 12 596-82-39 994 12 596-82-41 1
- E-mail www.aircenter.az infoaircenter.az 1
- Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı 2
- Giriş 2
- Bu qərar birgə Əsasnamənin Ermənistan Konstitusiyasına uyğunluğunu 2
- Konstitusiyanın preambulasında yer alan Müstəqillik Bəyannaməsinə verilən 2
- Qərarın qəbulunun başlıca məqsədlərindən biri Azərbaycanın qeyri- 2
- Ermənistanın Konstitusiya hüququ üzrə ekspertlərinin qərarla bağlı rəyləri 3
- Konstitusiyanın 205-ci maddəsinə yalnız referendum yolu ilə 4
- Artur Ğambaryan Müstəqillik Bəyannaməsi hüquqi cəhətdən dəyişməz sənəddir Bəyannamə Konstitusiyadan daha üstün sənəddir 4
- Aram Orbelyan bəyannamədə nəzərdə tutulan milli məqsədlərin Konstitusiyaya daxil edilməsi 4
- Vardan Poğosyan 5
- Ermənistan müxalifətinin qərarla bağlı fikirləri 5
- Aram Manukyan Konstitusiya Məhkəməsinin belə qərar qəbul etmək hüququ yoxdur Konstitusiya Məhkəməsi öz tələsinə düşüb 5
- Konstitusiyanın preambulasının dəyişdirilməsi mümkün olmayan müddəa kimi tanınıb 6
- Levon Zurabyan 1991-ci il sərhədlərini dəyişdirən fərqli bir şeylə razılaşa bilərlər. 6
- Edmon Marukyan Ermənistanın Qərbə yeni mesajıdır iki fundamental prinsipə dəqiqlik və mütənasiblik məhkəmənin siyasi məsələlərə qarışması 6
- Nəticə 7
- Ermənistanda hakimiyyətin dəyişəcəyi təqdirdə 7
- Müəllif Fuad Abdullayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi 7